Mele-Lasdil hissəsində avtomobillərin hərəkəti qadağandır
Mele-Lasdil hissəsində avtomobillərin hərəkəti qadağandır

Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin məlumatına əsasən, yağan qar səbəbiylə Kutaisi (Tskaltubo döngəsi)-Tskaltubo-Tsageri-Lentex-Lasdili avtomobil yolunun km 125-km 151 (Mele-Lasdili) hissəsində avtomobillərin hərəkəti qadağan edilib.

Yol Departamentindən verilən məlumata görə, qadağa bütün növ avtonəqliyyat vasitələrinə şamil edilir.

Onların məlumatına görə, avtomobil yolunun km1-km124 (Tskaltubo döngəsi-Mele) hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.