Meksikada Kotixa şəhərinin meri Yolanda Sançesi qətlə yetiriblər
Meksikada Kotixa şəhərinin meri Yolanda Sançesi qətlə yetiriblər

 
Meksikada Kotixa şəhərinin meri Yolanda Sançesi qətlə yetiriblər. Yerli media, ona 19 dəfə atəş açıldığını xəbər verir.

Yolanda Sançes xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib. Həmçinin, onun şəxsi mühafizəçisi həlak olub. Hüquq-mühafizə orqanları hücuma görə mütəşəkkil qruplardan birinin məsuliyyət daşıdığını ehtimal edirlər.

Yolanda Sançes 2021-ci ildə şəhərin meri seçilib. Medianın yazdığı kimi, son zamanlarda Yolanda Sançes ona qarşı edilən təhdidlərdən danışırmış. 2023-cü ildə Yolanda Sançez Xalisko ştatında səfərdə olarkən qaçırılıraq, üç gün boyunca əsir saxlanılıb.