Meksikada bir yük maşınında 200 nəfər qeyri-leqal miqrant aşkarlandı
Meksikada bir yük maşınında 200 nəfər qeyri-leqal miqrant aşkarlandı

Meksikanın Şimal-Şərq hissəsində, yük maşınında 200-ə qədər qeyri-leqal miqrant tapıldı.

BBC-nin məlumatına görə, aralarında çox sayda uşaqlar olan miqrantlar Mərkəzi Amerika ölkələrindən, Hondurasdan, Qvatemaladan, Salvadordan və birləşmiş Amerika Ştatlarından gəlirdilər.

Onların heç birinin üzərndə şəxsiyyət vəsiqələri yox idi.

Hadisə isə bağlı, trefikinq suçu ilə üç nəfər yaxalandı.

Meksika polisinin bəyanatına görə, yük maşını Texas sərhədinin yanında dayandırıldı.

Maşında gizlənən insanlar isə, skaner vasitəsi ilə aşkarlandılar.

Onlar yük maşının baqajında su və qidaları olmadan yolçuluq edirdilər. Qeyri-leqalların arasında yanında valideyni olmayan 24 uşaq var idi.