Meksika prezidenti ABŞ-ın Meksikanın məhkəmə islahatını tənqid etməsini ölkənin daxili işlərinə müdaxilə olaraq qiymətləndirir
Meksika prezidenti ABŞ-ın Meksikanın məhkəmə islahatını tənqid etməsini ölkənin daxili işlərinə müdaxilə olaraq qiymətləndirir

Meksika prezidenti Andres Manuel Lopez Obrador ABŞ-ın Meksikanın məhkəmə islahatını tənqid etməsini ölkənin daxili işlərinə müdaxilə olaraq qiymətləndirir. Bu barədə “Reuters” agentliyi məlumat yayır.

Obrador mətbuat konfransında ABŞ-ın öz səfirindən daxili işlərə qarışmaq üçün istifadə etdiyini düşünməsi ilə bağlı ünvanlanmış sualına müsbət cavab verib.

Ötən həftə ABŞ səfiri Ken Salazar hakimlərin ümumi səsvermə yolu ilə seçiləcəyi məhkəmə islahatını Meksika demokratiyası üçün təhlükə adlandırıb. Amerikalı diplomatın qiymətləndirməsinə görə, islahat məhkəmə sisteminin mütəşəkkil cinayətkar qrupların təsiri altına düşməsi təhlükəsi yaradır. Səfirin bildirdiyi kimi, bu, ABŞ-Meksika ticarət əlaqələrini risk altına atır.

Meksika prezidenti mətbuat konfransında ölkələrin müstəqil suverenliklərinə hörmət edilməsinin vacibliyini vurğuladı və eyni zamanda, onunla ABŞ prezidenti Co Bayden arasında münasibətlərin dostluq xarakteri daşıdığını qeyd etdi.