Meksika Ekvadorla diplomatik əlaqələri kəsib

17:33, 06.04.2024

Meksika Ekvadorla diplomatik əlaqələri kəsib.

Medianın yazdığı üzrə, buna səbəb Ekvador polisinin Meksika səfirliyində keçirdiyi reyddə, ölkənin keçmiş vitse-prezidenti Xorxe Qlassın saxlanılması olub.

Korrupsiyada təqsirli bilinən Qlass Meksika səfirliyində gizlənirdi. O, siyasi sığınacaq istəyib, Meksika isə onun istəyini cümə günü təmin edib.

Meksika prezidenti Andres Manuel Lopez Obradorun sözlərinə görə, polis səfirliyə zorla daxil olub.

Ekvadorda onlar Meksika hökumətinin sığınacaq verməsinin qeyri-qanuni qərar olduğunu hesab edirlər. Ekvador Meksikanı diplomatik imtiyazlardan və toxunulmazlıqdan sui-istifadə etməkdə ittiham edir.

Oxşar