Məcburi köçkünlərin və ekomiqrantların kənd təsərrüfatı fəaliyyətinin dəstəklənməsi proqramı çərçivəsində müraciətlərin qəbuluna başlanılıb
Məcburi Köçkünlər, Ekomiqrantlar və Dolanışıq Mənbələrinin Təminatı Agentliyi kənd təsərrüfatı fəaliyyətinin təşviqi məqsədilə köçürülmüş məcburi köçkünlərə və eko-miqrantlara qrantlar verəcək.
Agentlik məcburi köçkünlərə əl traktorları, müxtəlif növ çoxillik bitkilər, kənd təsərrüfatı, ərzaq istehsalı və emalı üçün lazım olan avadanlıqlar alacaq. Proqram çərçivəsində bütün ölkə miqyasında 80-ə qədər məcburi köçkün maliyyələşdiriləcək.
Qrant proqramında iştirak etmək istəyənlər aprelin 24-ü də daxil olmaqla müraciət edə bilərlər. Müraciətlər agentliyə və onun ərazi xidmətlərinə aşağıdakı ünvanlarda qəbul edilir: Tbilisi, Tamaraşvili küç. N15a; Qori, Sameba küçəsi N1; Rustavi, Kostava küç. N20; Kutaisi, Abaşidze pr. N27; Zuqdidi, Ağmaşenebeli küç. N106.
Müraciəti agentliyin rəsmi elektron poçtuna – [email protected] ünvanına göndərmək mümkündür.
“Proqramın əsas hədəfi dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunan məcburi köçkünlərin və ekomiqrantların inteqrasiyasını təşviq etmək və onlar üçün gəlir mənbəyi yaratmaqdır. Proqram haqqında ətraflı məlumatı linkdən əldə etmək olar” -deyə məlumatda qeyd olunur.