Məcburi Köçkünlər , Ekomiqrantlar və Həyat Mənbələri ilə Təminat Agentliyi məcburi köçkünlərə texnika-avadanlıq verib
Məcburi Köçkünlər , Ekomiqrantlar və Həyat Mənbələri ilə Təminat Agentliyi 51 nəfər məcburi köçkünə özünüməşğulluq və gəlir mənbəyi yaratmaq məqsədilə texnika-avadanlıq və alətlər verib.
İdarədən verilən məlumatda, dövlət proqramları çərçivəsində məskunlaşmış məcburi köçkünlər və ekomiqrantların kənd təsərrüfatı fəaliyyətinin təşviqi üçün lazımi avadanlıqlar aldığı, idarə tərəfindən peşə liseylərini bitirmiş məcburi köçkünlər üçün peşəkar alətlər satın alındığı deyilir.
“Agentlik məcburi köçkünlərin və ekomiqrantların məşğulluğunu fəal şəkildə dəstəkləyir və bu istiqamətdə birdən çox məqsədli proqram həyata keçirir. Məcburi köçkünlərin köçürülməsi ilə yanaşı, onlar üçün gəlir mənbəyinin yaradılması prioritet məsələdir”- deyə idarədən bildirilib.