Məcburi Köçkünlər Agentliyinin direktoru məcburi köçkün ailələrini Yeni il münasibəti ilə təbrik edib
Məcburi Köçkünlərin, Ekomiqrantların və Dolanışıq Mənbələrinin Təminatı Agentliyinin direktoru məcburi köçkün ailələrinə qonaq olub. İrakli Mxeidze onların yaşayış şəraiti ilə tanış olub, onları Milad və Yeni il münasibətilə təbrik edib.
Məcburi Köçkünlər Agentliyinin məlumatında Səhiyyə Nazirliyinin 2022-ci ildə Abxaziyadan köçkün düşmüş Sacaia və Rurua ailələrinə yaşayış sahələri verdiyi deyilir. İndiyədək onların öz evləri olmayıb, kirayədə yaşayıblar. Bu il isə onlar ilk dəfə Yeni ili öz evlərində qarşılayıblar.
İrakli Mxeidzenin qeyd etdiyi kimi, məcburi köçkün ailələri üçün layiqli həyat şəraitinin yaradılması agentliyin prioritet istiqamətlərindən biridir və bu istiqamətdə işlər aktiv şəkildə davam etdiriləcək.
Qeyd etmək lazımdır ki, hökumətin qərarına əsasən, 2022-ci ildən etibarən 3 il ərzində 13 min məcburi köçkün ailəsinə yaşayış mənzilləri və evlər veriləcək.