Məcburi Köçkünlər Agentliyi - Qori Munisipalitetinin Dzevera kəndində məskunlaşmaq istəyən məcburi köçkün ailələrinin müraciətlərinin qəbuluna başlanılıb
Məcburi Köçkünlər Agentliyi - Qori Munisipalitetinin Dzevera kəndində məskunlaşmaq istəyən məcburi köçkün ailələrinin müraciətlərinin qəbuluna başlanılıb

 
Məcburi Köçkünlərin, Eko-miqrantların və Dolanışıq Mənbələrinin Təminatı Agentliyi Qori Munisipalitetinin Dzevera kəndində məskunlaşmaq istəyən məcburi köçkün ailələrinin müraciətlərinin qəbuluna başlayıb.

Agentliyin yaydığı məlumata əsasən, Almaniya hökumətinin ayırdığı qrant çərçivəsində Dzevera kəndinin ərazisində məcburi köçkün ailələri üçün müasir standartlara uyğun evlər tikilir.

“Ölkə miqyasında qeydiyyatda olan istənilən məcburi köçkün ailəsi mənzil almaq üçün müraciət edə bilər. Müraciətlər avqustun 10-dək ölkə üzrə istənilən Ədliyyə Evində qəbul ediləcək. Agentliyin ərazi xidmətlərində də aşağıdakı ünvanlarda müraciətlər qəbul edilə bilər – Qori, Sameba küç. N1; Rustavi, Kostava küç. N20; Kutaisi, Abaşidze pr. N27; Zuqdidi, Ağmaşenebeli küç. N106”-bu barədə Məcburi Köçkünlər Agentliyinin məlumatında deyilir.