Mehmanxana biznesinə qoşulan şirkətlərin kredit maliyyələşdirilməsi subsidiyaları bir ilə qədər uzadılacaq
İqtidar qərarı ilə, mehmanxana biznesinə qoşulan şirkətlərin kredit maliyyələşdirilməsi subsidiyaları proqramı bir ilə qədər uzadılacaq.
Bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.
“Bildiyiniz kimi, iqtisadi böhran istiqamətində atdığımız ilk anti-krizis addımı turizm sektoruna və ilk növbədə, mehmanxana biznesinə yardım oldu. Ancaq bu addımın yetərli olmadığı üç ay içində bəlli oldu. Bugün qərar verdik ki, kreditlərin həm-maliyyələşdirilməsinin subsidiyalar proqramını 6-dan 12 aya qədər uzacadacağıq.
Bu sektora yardım etməliyik, çünki iqtisadi göstəricilərimiz yavaş-yavaş artsa da, turizm sektoru hələdə böyük təhlükə altnda qalır. Ona görə də, bu sektora yardım etmək üçün əlimizdən gələni etməliyik” – dedi baş nazir.