Məhkumların işgəncəsi haqqındaki işlə bağlı məhkəmə məlumat yayır
Məhkumların işgəncəsi haqqındaki işlə bağlı məhkəmə məlumat yayır

Tbilisi Şəhər Məhkəməsi məhkumlara işgəncə faktı ilə bağlı yeddi nəfər sabiq hüquqmühafizəçi haqqında həbs qərarı çıxartdı.

İşlə bağlı faktlara əsasən, 2010-2012-ci illərdə, həbs edilən yeddi nəfər N8 cəza müəssisənin əməkdaşı olduğu müddətdə, sistematik şəkildə məhbuslara fiziki və psixoloji zorakılıq edirdilər. Onlar məhbusları, higienalarını qorumağa, tibbi xidmətdən istifadə etmələrinə mane olurdular və məhbusları sözlə təhqir edirdilər.

Açıq məhkəmə iclaslarında, zərər görənlərin və şahadların ifadəsinə və həmçinin tibbi ekspertizaya əsasən, məhkəmə məhbuslara qarşı işgəncə faktını təsdiqlədi.

Məhkəmə ittiham edilən sabiq hüquqmühafizəçiləri, məhbus kameralarında “karantinin dağıdılması” zamanı məhbuslara qarşı qrup zorakılığı törətmək ittihamı ilə suçlu elan etdi.