Məhkumların qaçması ilə bağlı həbs edilən müşayiət qrupunun rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib
Tbilisi şəhər məhkəməsində məhbusların qaçması işi ilə bağlı saxlanılan müşayiət qrupunun rəhbəri İveri Natriaşvilinin Profilaktik tədbirlərin görülməsi ilə bağlı məhkəmə iclası keçirilib.
Prokurorluq saxlanılan şəxsi üzərinə qoyulmuş vəzifəni və iş yerində müəyyən edilmiş qaydaları yerinə yetirməməkdə ittiham edir.
Prokurorun sözlərinə görə, iş üzrə şahidlər, o cümlədən təqsirləndirilən şəxsin özü dindirilib, müşahidə kameralarının qeydləri alınıb. İstintaq orqanı həbs qətimkan tədbiri kimi İveri Natriaşvilinin həbs edilməsini istəyib. Dövlət ittihamçısının sözlərinə görə, istintaq orqanı hesab edir ki, Natriaşvilinin şahidlərə təsir göstərməsi və ya gizlənməsi mümkündür.
Prokurorluq hakimə bir başqa vəsatətlə, konkret olaraq İveri Natriaşvilinin tutduğu vəzifədən azad edilməsi ilə bağlı müraciət edib.
Saxlanılan şəxsin vəkili prokurorluğun vəsatəti ilə razılaşmayıb. Müdafiə tərəfinin sözlərinə görə, prokurorluğun arqumentləri əsassızdır, çünki İveri Natriaşvili özü də istintaq orqanına gələrək təqsirini etiraf edib. Ona görə də gizlənməyə, və ya şahidlərə təzyiq göstərməyə əsas yoxdur.
Vəkilin sözlərinə görə, bu, ehtiyatsızlıqdan törədilən cinayət olub. Müvafiq olaraq, müdafiə tərəfi qətimkan tədbirini nəzərə alaraq girovun 5000 lari məbləğinə təyin olunmasını istəyib. Həmçinin ölkə hüdudlarını tərk etmək hüququndan məhrum edilməsi və gündəlik olaraq müvafiq qurumda bəyan olunması.
Hakim Davit Kurtanidze prokurorun vəsatətlərini tam qəbul edərək təqsirləndirilən şəxsə həbs cəzası verib.
Müəllif -
Mehemmed Bayramaliyev