Məhkumlar üçün “Rəqəmsal Universitet” fəaliyyətə başlayacaq
Ədliyyə naziri Rati Breqadze Parlamentdə “Nazir saatı” formatında ali təhsilə əlçatanlığın artırılması və keyfiyyətin yüksəldilməsi istiqamətində penitensiar müəssisələrdə həyata keçirilən islahatlardan danışıb.
Nazirin sözlərinə görə, penitensiar müəssisələrdə ali təhsilin əlçatanlığının və keyfiyyətinin artırılması məqsədilə “Rəqəmsal Universitet” layihəsinə start verilir.
Breqadzenin sözlərinə görə, universitetlərlə əməkdaşlıq çərçivəsində layihə məhkumlara distant təhsil vasitəsilə tam hüquqlu ali təhsil almaq və istədikləri peşəyə yiyələnmək imkanı verəcək.
“Cəzanın məqsədi ədaləti bərpa etmək, yeni cinayətin qarşısını almaq və cinayətkarı yenidən ictimailəşdirməkdir. Buna əsasən məhkum düzgün anlayış və biliyə malik olan şəxs nail olur”, – dedi Breqadze.