Məhkəmə Zuqdididə qətldə təqsirləndirilərək saxlanılan yetkinlik yaşına çatmamış şəxs barəsində həbs qətimkan tədbiri seçib
Zuqdidi Rayon Məhkəməsi 15 yaşlı yeniyetməni qətlə yetirməkdə təqsirləndirilən yetkinlik yaşına çatmamış şəxs, 17 yaşlı E.Ts.-nin barəsində həbs qətimkan tədbiri seçib.
Hakim ittihamçı tərəfin qətimkan tədbiri olaraq iki aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətini tam təmin edib. Prokuror qətli törətməkdə təqsirləndirilən E.Ts.-nin törətdiyi cinayətin soyuq silahdan istifadə ilə bağlı hissəsini etiraf etdiyini açıqlayıb.
İşdə yetkinlik yaşına çatmayanlar olduğu üçün iclas qapalı formatda keçirilib.
Noyabrın 20-də Zuqdididə yetkinlik yaşına çatmamış şəxs qarşılıqlı mübahisə zəminində yetkinlik yaşına çatmamış şəxsə soyuq silahla bir neçə bədən xəsarəti yetirib, o, xəstəxanaya çatdırılana qədər dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, hüquqmühafizə orqanlarının əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində E.Ts. baş vermiş hadisədən sonra tezliklə, Zuqdididə saxlanılıb.
Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “e” yarımbəndi ilə istintaq aparılır ki, bu da ağırlaşdırıcı hallarda azyaşlıya qarşı qəsdən adamöldürməni nəzərdə tutur.