Məhkəmə Vake parkında baş verən insidentlə bağlı saxlanılan 9 nəfərin hamısını həbsdə qoyub
Məhkəmə Vake parkında baş verən insidentlə bağlı saxlanılan 9 nəfərin hamısını həbsdə qoyub

 

Hakim Vake parkında baş verən insidentlə bağlı saxlanılan 9 nəfərin hamısını həbsdə qoyub.

Hakim Arsen Kalatozişvili sözügedən qərarla ittihamçı tərəfin vəsatətini bölüşüb.

İttihamçı tərəf sərt qətimkan tədbirinin qüvvədə qalmasını tələb edirdi, çünki prokurorlar gizlənmə, şahidlərə təsir etmək və sübutları məhv etmək də daxil olmaqla təhdidlərin hələ də olduğunu açıqlayıblar.

İclasda təqsirləndirilən şəxslərin bir hissəsi heç əvvəlki istintaq dövründə gizlənməyə və ya sübutları məhv etməyə cəhd etmədiyini və müvafiq olaraq, prokurorların çıxışı zamanı danışdıqları əməli törətməyi planlaşdırmadığını bildirib.

“Greenservice Plus” şirkətinin direktoru elə ilk dindirilmədə istintaqın onu saxlamalı olduğunu söylədiyini bildirib. Həmçinin, Laşa Purtsvanidze müttəhimlərin müəyyən texniki işlər görən hissəsinin bu işə heç bir aidiyyatı olmadığını hesab edir. Məhkəmə iclasında Purtsvanidze prokurorluğun ailə üzvləri ilə telefonla danışmaq hüququnu məhdudlaşdırdığını açıqlayıb. İttihamçı tərəf isə telefon danışığının məhdudlaşdırılmasını şahidlərə təsir göstərilməməsi ilə izah edib.

Həmçinin, daha bir müqəssir “Mshenexpert”in nümayəndəsi Davit Tuşişvili onun həbsi üçün heç bir əsasın, eləcə də şirkətinin istintaqın saxtalaşdırılmada ittiham etdiyi fəvvarənin təhlükəsizliyi ilə bağlı hər hansı rəy vermək hüququ olmadığını bildirib.

Prokurorluq istintaq prosedurlarının həyata keçirilməsi üçün ilkin məhkəmə prosesinin müddətinin uzadılmasını tələb etdiyinə görə ittihamçı tərəfin tələbi əsasında məhkəmə iclası bu günə təyin edilib. İttihamçı tərəf hələ başa çatmamış müxtəlif növ ekspertizaların davam etdirildiyini bildirib. Müvafiq olaraq, tərəflər bildiriblər ki, ilkin məhkəmə iclasının vaxtının uzadılması məsələsinin müzakirəsi ilə yanaşı, eyni prosesdə qanunvericiliyə əsasən təqsirləndirilən şəxslərin qətimkan tədbiri barədə müzakirə aparılmalıdır.

Prokuror əlavə ekspertiza nəticələrinin ittihamın ağırlaşdırılması üçün əsas olacağını istisna etmir . Həmçinin, ittihamçı tərəf başqa şəxslərin günahının ortaya çıxacağını da istisna etmir.

Oktyabrın 13-də Vake parkında yerləşən fəvvarədə üç azyaşlını elektrik cərəyanı vurub. Yeniyetmələrdən biri, 13 yaşlı qız klinikada dünyasını dəyişib.

İstintaq işə laqeyd münasibət , saxta sənədlər hazırlamaq və tikinti qaydalarını pozmaqda ittiham olunan 9 nəfəri saxlayıb.