Məhkəmə Vake parkında baş verən faciə məsələsi ilə bağlı saxlanılan şəxslərdən birinə bəraət qazandırıb, 8 nəfərə isə həbs cəzası verib
Tbilisi Şəhər Məhkəməsi Vake parkında baş verən faciə məsələsi ilə bağlı qərarı elan edib.
Hakimin qərarı ilə saxlanılan 9 nəfərdən 1-i bəraət qazanıb, 8-i isə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.
Valeri Qobecişvili barəsində bəraət hökmü çıxarılıb.
Laşa Purtsxvanidze 6 il, Qiorqi Qobecişvili 4 il, Nuqzar Kitiaşvili və Davit Tuşişvili 3 il 6 ay, Laşa Chiğitaşvili, Devi Kaxoidze, Qiorqi Vaxtanqaşvili və Beka Murğvlianinin hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib.
2022-ci ilin oktyabrın 13-də uşaqlar Vake parkında oynayarkən top fəvvarənin içinə düşüb və onu götürərkən üç yeniyetməni elektrik cərəyanı vurub. Yeniyetmələrdən biri, 13 yaşlı qız Marita Meparişvili klinikada dünyasını dəyişib.