Məhkəmə "Vake Parkı" məsələsi üzrə hakimin kənarlaşdırılması ilə bağlı vəsatəti təmin etməyib
Tbilisi Şəhər Məhkəməsi “Vake Parkı” məsələsi üzrə hakimin kənarlaşdırılması ilə bağlı vəsatəti təmin etməyib. Bu gün keçirilən iclasda “Greenservice Plus” şirkətinin direktoru Laşa Purtsxvanidzenin vəkili Arçil Çopikaşvili bəhsi keçən vəsatəti irəli sürüb.
O, əvvəlki iclasda həbs-qətimkan tədbirinin müzakirəsi zamanı müdafiə tərəfinin vəsatəti ilə bağlı hakimin qərarı əvvəlcədən yazdığını açıqlayıb.
Çopikaşvili hakimin müdafiə tərəfinin arqumentlərini müvafiq şəkildə müzakirə etmədiyini, bunun da onun qərəzsizliyini şübhə altına aldığını bildirib. Digər təqsirləndirilən şəxslərin vəkilləri də sözügedən vəsatətlə razılaşırdılar.
İttihamçı tərəf hakimin kənarlaşdırılması ilə bağlı vəsatətlə razılaşmayıb. Prokuror müdafiə tərəfinin sözügedən vəsatəti əsassız olaraq irəli sürdüyünü bildirib.
Şəhər məhkəməsində ilkin məhkəmə iclası davam edir. Prosesdə tərəflər sübutların məqbulluğunu müzakirə edirlər.
2022-ci ilin oktyabrın 13-də uşaqlar Vake Parkında oynayarkən top fəvvarəyə düşüb və onu götürərkən üç azyaşlını elektrik cərəyanı vurub. Yeniyetmələrdən biri, 13 yaşlı qız klinikada dünyasını dəyişib.