Məhkəmə Tamar Bachaliaşvilinin işi üzrə keçmiş müstəntiq barədə həbs qərarı çıxarıb
Məhkəmə Tamar Bachaliaşvilinin işi üzrə keçmiş müstəntiq barədə həbs qərarı çıxarıb

 
Tbilisi Şəhər Məhkəməsi Tamar Bachaliaşvilinin işi üzrə keçmiş müstəntiq Serqo Şubitidze barəsində həbs qətimkan tədbiri seçib.

Hakim qərarı bir neçə dəqiqə bundan əvvəl elan edib. Məhkəmə ittihamçı tərəfin vəsatətini təmin edib.

Prokurorluq həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə məhkəməyə müraciət edib. Prosesdə ittihamçı tərəf vəsatətin səbəblərindən biri kimi qaçmaq təhlükəsini göstərib.

Vəkil qətimkan tədbiri olaraq 5000 lari girov qərarı çıxarılmasını tələb edirdi. Təqsirləndirilən şəxs Serqo Şubitidzenin məhkəmə zamanı dediyi kimi, o, heç yerdə gizlənmək niyətində deyil və istintaqla əməkdaşlıq edəcək.

Təqsirləndirilən şəxsin vəkilinin bu gün açıqladığı kimi Serqo Şubitidze irəli sürülmüş ittihamı etiraf edir.

İş üzrə ilkin məhkəmə iclası mayın 17-si saat 12:00-a təyin edilib.

Prokurorluq Tamar Bachaliaşvilinin işi üzrə keçmiş müstəntiq Serqo Şubitidzeni saxlayıb. Gürcüstan Baş Prokurorluğu tərəfindən yayılmış məlumata əsasən saxlanılan şəxs barəsində Gürcüstan Cinayət Məcəlləsinin 370-ci maddəsinin birinci hissəsi ilə ittiham irəli sürüləcək, bu da şahidin yalan ifadə verməsi ilə ədalət mühakiməsinə mane törətməsi mənasına gəlir.