Məhkəmə Sxvariçamiada 20 yaşlı gəncin qətli ilə bağlı həbs edilən səkkiz nəfərin hamısına qarşı həbs qətimkan seçdi
Mtsxeta Rayon Məhkəməsi Sxvariçamiada 20 yaşlı Mirian Kukavanın qətli ilə bağlı həbs edilən səkkiz nəfərin hamısına həbs qətimkan tədbiri seçdi.
Hakim qətimkan tədbiri olaraq həbsin seçilməsini tələb edən Prokurorluğun tələbini təmin etdi.
Gürcüstan Prokurorluğu bir nəfərə Tşvariçamiya kəndində qəsdən adam öldürmə və xuliqanlıq, yeddi nəfərə isə, istintaqa yalan məlumat vermək, cinayət barədə məlumat verməmək və xuliqanlıqda ittiham dünən irəli sürüldü.
İstintaqın məlumatına görə, iyulun 28-də Tskvariçamidə ad günü şənliyində qonaqlardan bəziləri arasında qarşıdurma baş verdi. Qəsdən adam öldürmə ittihamı ilə həbs edilən Davit Ciceişvili də daxil olmaqla qarşı tərəflər bıçaqla bir-birini şifahi və fiziki təhqir edirdilrə. İstintaqın məlumatına görə, bu vaxtı Ciceişvili Mirian Kukavaya bıçaqla xəsarət yetirdi. Aldıqları xəsarətlər nəticəsində Mirian Kukava xəstəxanaya aparılanan əvvəl dünyasını dəyişdi, təqsirləndirilən şəxs isə hadisə yerindən qaçıb gizləndi. O, polis tərəfindən iki gün əvvəl həbs edildi.