Məhkəmə Sağuliya kəndində yaxalanan İrakli Mukbanianiyə qarşı həbs qətimkan tədbirini seçdi
Məhkəmə Sağuliya kəndində yaxalanan İrakli Mukbanianiyə qarşı həbs qətimkan tədbirini seçdi

Kutaisi Şəhər Məhkəməsi Sağuliya kəndində yaxalanan İrakli Mukbanianiyə qarşı həbs qətimkan tədbirini seçdi. Hakim prokurorun tələbini təmin etdi.

Mukbanianinin vəkilləri məhkəmə qarşısında tələb irəli sürdülətr ki, İrakli Mukbanianiyə qarşı heç bir qətimkan tıdbiri seçilməsin və alternativ şəklində 10 000 lari miqdarında girov tələb etdilər.

İrakli Mukbanianini polis dünən yaxaladı. DİN-in məlumatına görə, 29 mayda Mukbaniani Qumatidə,  “NamaxvanSES”-ə qarşı aksiyada polis işçisinə hücum edərək fiziki təhqir etdi.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 363-cü maddəsinin birinci hissəsi ilə aparılır.