Məhkəmə "Rustavi 2"-nin işi üzrə Nika Qvaramia barəsində 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarıb, Kaxaber Damenianı 50 min lari cərimələyib, Zurab İaşvili barəsində isə bəraət hökmü çıxarıb
Məhkəmə "Rustavi 2"-nin işi üzrə Nika Qvaramia barəsində 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarıb, Kaxaber Damenianı 50 min lari cərimələyib, Zurab İaşvili barəsində isə bəraət hökmü çıxarıb

 

Tbilisi Şəhər Məhkəməsi “Rustavi 2”-nin işi üzrə Nika Qvaramia, Kaxa Damenia və Zurab İaşvilinin ittiham olunduğu məsələ ilə əlaqədar qərarını elan edib.

Hakimin qərarına əsasən, Nika Qvaramia 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə salonundaca saxlanılıb.

Məhkəmənin qərarı ilə Zurab İaşvili barəsində bəraət hökmü çıxarılıb. Onunla bağlı girov və həmçinin, əmlakına qoyulan həbs qaldırılıb.

Kaxaber Dameniaya gəlincə, ona qarşı irəli sürülən ittiham Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə tövsif edilib və o, təqsirli bilinib. Damenia barəsində cərimə olaraq 50.000 lari ödəmə hökmü çıxarılıb.

Hakim Laşa Çxikvadze qərarı bir neçə dəqiqə bundan əvvəl elan edib.

Hakim Laşa Çxikvadze mayın 11-də hökm çıxarmaq üçün tədbirə çəkilib.

Prokurorluq “Rustavi 2”-nin işi üzrə Nika Qvaramia, “Rustavi 2”-nin keçmiş maliyyə direktoru Kaxa Damenia və “Inter Media Plus”-ın direktoru Zurab İaşvili barəsində 2020-ci ilin sentyabrın 6-da ittiham irəli sürüb. İstintaq Nika Qvaramianı “Rustavi 2”-nin əmlakını israf etməkdə, qanunsuz gəlirləri leqallaşdırmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edir. “Rustavi 2”-nin keçmiş maliyyə direktoru Kaxa Damenia isə teleşirkətin mülkiyyət hüquqlarından qanunazidd şəkildə istifadədə ittiham olunur. Zurab İaşviliyə gəlincə, o, kommersiya satınalmalarında və saxta sənədlərin hazırlanmasında ittiham olunur.