Məhkəmə Ponişalada narkotik vasitəsinin alveri faktı üzrə yaxalanan üç şəxsə qarşı həbs qətimkan tədbirini seçdi
Tbilisi Şəhər Məhkəməsi Ponişalada narkotik vasitəsinin alveri faktı üzrə yaxalanan üç şəxsə qarşı həbs qətimkan tədbirini seçdi.
Bu qərarla hakim ittihamçı tərəfin tələbini təmin etdi.
Müdafiə tərəfinin bəyan etdiyinə görə, bu günki iclasda iki müttəhim günahını etiraf etdi, biri isə, özünü günahsız hesab edir.
Prokurorluq narkotik vasitəsinin alveri faktı üzrə üç nəfərə ittihamı dünən irəli sürdü. DİN-in məlumatına görə, Ponişalada yaxalanan narkotik alverçiləri ağır cinayətə azyaşlı uşaqlarını qoşmuşdular.
İstintaq irəlcədən razılaşdırlmış qrup tərəfindən xüsusilə böyük miqdarda narkotik vasitəsinin qanunsuz əldə edilməs-saxlanılması və satılması faktı üzrə, gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə aparılır.