Məhkəmə Nika Melia, Zviad Kuprava və Baço Dolidzeni 2000 lari cərimələyib
Məhkəmə Nika Melia, Zviad Kuprava və Baço Dolidzeni 2000 lari cərimələyib

 
Tbilisi Şəhər Məhkəməsində Nika Melia, Zviad Kuprava və Baço Dolidzenin işi üzrə qərar elan edilib.

Hakim Natia Buskadze Nika Melia, Zviad Kuprava və Baço Dolidzeni 2000-2000 lari cərimələyib.

Hakim onların hər üçünü xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmadıqları üçün inzibati xəta pozuntusunda təqsirli bilib.

Xatırladaq ki, Qldanidə “Milli Hərəkat”ın deputatı İrakli Edzveradzeyə hücum ediblər. Daha sonra isə ərazidə vəziyyət gərginləşib. “Milli Hərəkat” partiyasının üzvləri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurma zamanı polis 3 şəxsi, partiya üzvləri: Nika Melia, Zviad Kuprava və Baço Dolidzeni saxlayıb, onlar inzibati qaydada saxlanılıblar. Sentyabrın 24-də Nika Melia, Baço Dolidze və Zviad Kuprava məhkəmə zalından sərbəst buraxılıb.

Müdafiə tərəfi Şəhər Məhkəməsinin bugünkü qərarından Apellyasiya Məhkəməsinə şikayət etməyi planlaşdırır.