Məhkəmə, Nata Peradze barəsində xırda xuliqanlıq ittihamı ilə 5 sutka inzibati həbs cəzası verildiyinə dair məlumat yayır
Məhkəmə Nata Peradze barəsində 5 sutka inzibati həbs cəzası verib.
Tbilisi Şəhər Məhkəməsinin mətbuat xidmətinin Gürcüstanın Birinci Kanalına açıqladığı üzrə, hakim onu Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlığı nəzərdə tutan 166-cı maddəsinin birinci hissəsinə əsasən qanun pozuntusuna yol verən şəxs kimi tanıyıb.
Nata Peradze bu gün hakimin inzibati həbs qərarı haqqında hökmünü alıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Peradzenin evindədirlər və onun aparılması proseduru həyata keçirilir.
Məsələ Nata Peradzenin Üçlük kafedral kilsəsində Matronanın ikonasının üzərinə boya atması və yanvarın 9-da hadisəni əks etdirən videonu özünün yayması ilə bağlıdır.