Məhkəmə mitinqdə polisə hücum etməkdə təqsirləndirilən Qiorqi Okmelaşvili barəsində həbs qətimkan tədbiri seçilib
Tbilisi şəhər məhkəməsi polis əməkdaşına hücumda təqsirləndirilən Qiorqi Okmelaşvilinin barəsində həbs qətimkan tədbiri seçilib.
Prosesdə təqsirləndirilən şəxsin dediyi kimi, o, özünü və mitinq iştirakçılarını müdafiə edib. Onun sözlərinə görə, aksiya zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları qeyri-proporsional güc tətbiq ediblər.
İttiham tərəfinin ifadəsinə görə, işdə olan sübutlar təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini birmənalı şəkildə sübut edir. Müdafiə tərəfi Qiorqi Okmelaşvilinin 20 min lari girov müqabilində azadlığa buraxılmasını tələb edib.
İş üzrə məhkəmənin ilkin baxış iclası iyulun 4-də keçiriləcək.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Qiorqi Okmelaşvili bu il mayın 13-də Tbilisidə, parlamentin yaxınlığında keçirilən etiraz aksiyası zamanı Daxili İşlər Nazirliyinin əməkdaşlarına fiziki təzyiq göstərib. Agentliyin məlumatına görə, mitinq zamanı saxlanılan şəxs polis əməkdaşlarına dirsək və yumruqla zərbələr endirib, sifətinə xəsarət yetirib. İstintaq Cinayət Məcəlləsinin 353-cü maddəsinin 1-ci hissəsi, yəni xidməti fəaliyyət zamanı polis əməkdaşına hücum etmə ilə aparılır.