Məhkəmə "Milli Hərəkatın" ofisi yayında qarşıdurmada iştirak işi üzrə David Kirkitadzeyə beş min larilik girov müəyyənləşdirdi
Rustvi Şəhər Məhkəməsi hakimi, Ketevan Luaşvili ittihamçı tərəfin tələbini qismən təmin etdi və “Milli Hərəkatın” ofisi qarşısında qarşıdurmada iştirak işi üzrə deputat David Kirkitadzeyə beş min larilik girov müəyyənləşdirdi.
Prokurorluq David Kirkitadze üçün 10 000 larilik girovu tələb edirdi.
Kirkitadzenin müdafiəsi tərəfinə gəldikdə, onun tələbi idi ki, hakim Kirkitadzeni qətimkan təbrsizburaxsın.
Məhkəmə prosesində Kirkitadze hakimə nitqlə müraciət etdi və qeyd etdi ki, ittihamla razılaşmır.
“Sizin ədalətinizə inanmıram və bu oyunda iştirak etməyəcəm”, – Kirkitadze bəyan etdi və iclası etiraz əlaməti olaraq tərk etdi. Bununla yanaşı məhkəmədə “Mişaya azadlıq” bəyan etdi.
2021-ci il oktyabrın 24-də Prokurorluq “Milli Hərəkatın” Rustavidəki ofisi qarşısında qarşıdurmada iştirak edən üç nəfərə, o cümlədən deputat Davit Kirkitadzeyə qarşı cinayət təqibinə başladı. Təqdim olunan ittiham iki ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.