Məhkəmə Mixeil Saakaşvilinin şəxsi məlumatları ilə əlaqədar Dövlət Müfəttişinin Ədliyyə Nazirliyinə təyin etdiyi cəriməni ləğv etdi
Məhkəmə Mixeil Saakaşvilinin şəxsi məlumatları ilə əlaqədar Dövlət Müfəttişinin Ədliyyə Nazirliyinə təyin etdiyi cəriməni ləğv etdi

 

Tbilisi Şəhər Məhkəməsi Ədliyyə Nazirliyinin inzibati şikayətini təmin edib. Hakim Tsitsino Roxvadze Dövlət Müfəttişi Xidməti tərəfindən Ədliyyə Nazirliyinə Mixeil Saakaşvilinin şəxsi məlumatlarını ehtiva edən informasiyanın açıqlamasına görə təyin edilmiş 500 lari məbləğində cəriməni ləğv edib.

Dövlət Müfəttişi Xidmətinin nümayəndələri Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə razılaşmır və qərarı şikayət edəcəklərini bildirirlər.

Ədliyyə Nazirliyində isə hakimin qərarının ədalətli olduğunu və nazirlik tərəfindən qanunun pozulmadığını sübut etdiyini bildirirlər.

“Bu gün məhkəmə ədalətli qərar çıxarıb, Ədliyyə Nazirliyinin şikayətini tam təmin edib və Dövlət Müfəttişi Xidmətinin 3 dekabr 2021-ci il tarixli qərarını ləğv edib, bu isə Ədliyyə Nazirliyi tərəfindən şəxsi hüquqların müdafiəsi ilə bağlı qanun pozuntusuna yol verilmədiyini təsdiqləyir. Biz bu gün bu sübutları təqdim etdik, məhkəmə birlikdə bu sübutları qəbul etdi və ədalətli qərar verdi – Dövlət Müfəttişi Xidmətinin qanunsuz qərarı ləğv edildi”, – deyə məhkəmə iclasından sonra Ədliyyə Nazirliyinin nümayəndəsi Nino Mindiaşvili bildirib.

Xatırladaq ki, dövlət müfəttişi Mixeil Saakaşvilinin şəxsi məlumatlarını açıqladığına görə Ədliyyə Nazirliyini 500 lari, Penitensiar Xidməti isə 2000 lari məbləğində cərimələyib. Bundan başqa, Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə “Facebook”, eləcə də Saakaşvilinin şəxsi məlumatlarını əks etdirən informasiyanın rəsmi veb-səhifələrdən silinməsi tapşırılıb.