Məhkəmə Mixeil Saakaşvilinin məsələsi üzrə saxlanılan şəxsləri həbsdə qoyub
Mixeil Saakaşvilinin Gürcüstana daxil olması işi üzrə saxlanılan Qiorqi Narimanidze, Elquca Tsomaia, Zurab və Şalva Tsotsorianı Tbilisi Şəhər Məhkəməsi həbsdə saxlayıb.
Bugünkü prosesdə saxlanılan şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbirinə baxılıb.
Prokurorluq saxlanılan şəxslər barəsində ən ağır tədbirin həbs-qətimkan tədbirinin qüvvədə saxlanılmasını ,
müdafiə tərəfi isə saxlanılan şəxslərin qətimkan tədbiri olmadan buraxılmasını tələb edirdi.
Məlumat üçün bildirək ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 375-ci maddəsinin ikinci hissəsi, 344-cü maddəsinin 3-cü hissəsinin “a” bəndi və 344-cü maddənin 1-ci hissəsi ilə istintaq aparılır.
Müqəssirlər – Qiorqi Narimanidze, Elquca Tsomaia, Şalva və Zurab Tsotsorialar ağır cinayəti ört-basdır etməkdə ittiham olunurlar. Elquca Tsomaia barəsində həmçinin sərhədi qanunsuz keçməyə köməklik etməkdə ittiham irəli sürülüb.