Məhkəmə, Lilo yaşayış məntəqəsində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə faktı üzrə təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçib
Məhkəmə, Lilo yaşayış məntəqəsində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə faktı üzrə təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçib

 

Tbilisi Şəhər Məhkəməsi Lilo yaşayış məntəqəsində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə faktı üzrə təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçib.

Ananın qətlində təqsirləndirilən şəxsin azyaşlı olması səbəbindən məhkəmə prosesi qapalı keçirilib.

Hakim təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun vəsatətini təmin edib.

Məlumat üçün bildirək ki, avqustun 15-də Gürcüstan Prokurorluğu iki nəfər barəsində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürüb.

Prokurorluqdan verilən məlumatda, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində, avqustun 14-də Tbilisinin Lilo yaşayış məntəqəsində, qrup şəklində intiqam almaq məqsədilə, gender əsaslı dözümsüzlük motivi ilə oğulun anaya bıçaqla çoxsaylı xəsarətlər yetirdiyinin, onun dostunun isə zərərçəkmişi bağlayaraq, qaçmasına icazə vermədiyinin müəyyən edildiyi deyilir. Aldığı xəsarətlər nəticəsində zərərçəkmiş yerindəcə dünyasını dəyişib.

Polislər hər iki müqəssiri həmin gün saxlayıblar. Dünyasını dəyişən şəxsin övladı N.X. barəsində Gürcüstan Cinayət Məcəlləsinin 11-ci Prima 109-cu maddəsinin “t”, “i”, “k” və “m” yarım bəndləri (gender əsaslı, qrup şəklində, ailə üzvünü xüsusi amansızlıqla qəsdən öldürmə ), R.N.-barəsində isə Cinayət Məcəlləsinin 109-cu maddəsinin “t”, “i” və “m” yarım bəndləri ilə (gender əsaslı, qrup şəklində, xüsusi amansızlıqla qəsdən adam öldürmə ) ittiham irəli sürülüb. Bu isə cəza olaraq 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.