Məhkəmə polis əməkdaşına hücum etməkdə və əşyaya ziyan vurmaqda təqsirləndirilən Lazare Qriqoriadis barəsində çıxarılmış həbs qətimkan tədbirini qüvvədə saxlayıb. Hakim müdafiə tərəfinin 20.000 lari həcmində girov tələbini təmin etməyib.
İclasda müdafiə tərəfi həbsin girovla əvəz olunmasını tələb edirdi. Lazare Qriqoriadisin həbsdə qalmasını söyləyən prokurorun buna zidd tələbi var idi.
Lazare Qriqoriadis iclasda gizlənmək istəmədiyini bildirib.
“Gizlənmək istəsəydim, bir ayda gizlənərdim. Həbs edilərkən aksiyada geyindiyim paltarı geyinmişdim və heç nəyi məhv etməmişəm”-deyə təqsirləndirilən şəxs qeyd edib.
Məhkəmə iclasına paralel olaraq Lazare Qriqoriadisin azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçirilib. Aksiyada fəallar və siyasətçilər iştirak edirdilər.
Martın 7, 8, 9-da Rustaveli prospektində keçirilən aksiyada polis əməkdaşına hücum etməkdə və əşyaya ziyan vurmaq faktları üzrə təqsirləndirilən Lazare Qriqoriadis barəsində martın 31-də həbs qətimkan tədbiri seçilib. İstintaqın məlumatında Lazare Qriqoriadisin aksiya zamanı polis əməkdaşlarına daş və dırnaq arası “Molotov kokteyli” atdığı, nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşlarının xəsarət aldıqları deyilir. İstintaqın məlumatında təqsirləndirilən şəxsin Daxili İşlər Nazirliyinə məxsus avtomobili yandırdığı da qeyd olunub.