Məhkəmə jurnalistlərə qarşı zorakılıqda ittiham olunan 7 nəfəri təqsirli bilib
Hakim Nino Çaxnaşvili iyulun 5-6-da jurnalistlərə qarşı zorakılıq işi üzrə “Pormula”, “İmedi” və “Mtavari” epizodları üzrə hökmü elan edib.
Hakim yeddi müqəssiri qrup şəklində zorakılıqda təqsirli bilib.
Təqsirləndirilənlərdən yalnız biri barəsində 5 min lari cərimə hökmü çıxarılıb, digər 6 nəfər isə həbs cəzasına məhkum edilib.
Qiorqi Nasğidaşvili 1 il 3 ay, Qiorqi Kaxiani 1 il 3 ay, Romeo Kekutiya 1 il 3 ay, Zaza Mchedlidze 1 il 3 ay, Temur Xarauli 1 il 1 ay, İlia Kebadze 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Uşanqi Datunaşvili barəsində isə 5000 lari cərimə qərarı verilib.