Məhkəmə ilə bağlı müvəqqəti istintaq komissiyasının yaradılması məsələsi üzrə səsvermə sabah keçiriləcək
Bu gün parlamentdə məhkəmə ilə bağlı müvəqqəti istintaq komissiyasının yaradılması məsələsi üzrə səsvermə keçirilməyəcək.
Parlamentin Prosedur Məsələləri Komitəsinin sədri İrakli Kadaqişvilinin jurnalistlərə açıqladığı üzrə səsvermə sabah keçiriləcək.
“Müxalifətin səfərbərliklə bağlı problemi varsa, bu, heç kimin problemi deyil. İstintaq komissiyasının məhkəmə sisteminə siyasi müdaxilə vasitəsi olaraq yaradılacağını hesab edirəm. Yəqin ki, müxalifətin böyük bir hissəsi tərəfindən məhkəmə ilə bağlı olan 12 tövsiyyədən birinə maksimal şəkildə zərər vurmaq cəhdi olacaq. Əminəm ki, bu komissiyanın fəaliyyətinin nəticəsi bu illər ərzində məhkəmə sisteminə zərər vurmaq üçün aparılan təbliğatın arxasında heç bir faktın olmadığı adi təbliğat olmasının üzə çıxarılması olacaq” – deyə Kadaqişvili açıqlayıb.