Məhkəmə qrup zorakılığı və zorakılığın təşkilində təqsirləndirilən 8 nəfərin barəsində seçilmiş həbs-qətimkan tədbirini müzakirə edir
Tbilisi Şəhər Məhkəməsinin hakimi İrakli Xuskivadze qrup zorakılığı və zorakılığın təşkilində ittiham olunan səkkiz nəfərin – Vepxiya Kasradze, Basil Kadzelaşvili, İrakli Miminoşvili, İnsaf Əliyev, Tornike Qoşadze, Qiorqi Qorqadze, Zviad Tsetsxladze və Nikoloz Cavaxişvilinin qarşısının alınması üzrə tədbirləri müzakirə edir.
Vəkillərin dediyi kimi, saxlanılanlar cinayəti etiraf etmir, bəziləri susmaq hüququndan istifadə edir.
Müdafiəçilərin fikrincə, bəzi videoyazılar həqiqi deyil, redaktə olunub və yanılmaz dəlil sayıla bilməz.
O ki qaldı mənzillərdən və ofislərdən çıxarılan sözdə əşyalara. Molotov kokteyli və digər qanunsuz əşyalar, vəkillərin dediyi kimi, onların müştərilərinə məxsus deyil.