Məhkəmə bu gün oğru dünyasına üzv olduqları üçün saxlanılan 25 nəfərdən 10-u barəsində qətimkan tədbirinin görülməsinə dair müzakirə aparacaq
Məhkəmə bu gün oğru dünyasına üzv olduqları üçün saxlanılan 25 nəfərdən 10-u barəsində qətimkan tədbirinin görülməsinə dair müzakirə aparacaq

 

Rustavi Şəhər Məhkəməsi bu gün oğru dünyasına üzv olduğuna görə saxlanılan 25 nəfərdən on nəfərə yönəlik qətimkan tədbirinin görülməsinə dair müzakirə aparacaq.

Saxlanılanlardan beşinin vəkili Kaxa Sinjiaşvili, müdafiə etdikləri şəxslərin günahlarını boyunlarına almadıqlarını bildirir. Bu səbəbdən bugünkü məhkəmə zamanı onların qətimkan tədbiri olmadan azadlığa buraxılmalarını tələb edəcək.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, altı ay davam edən kompleks əməliyyat və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları “oğru dünya”-sının fəaliyyətini dəstəkləmək və “qanuni oğru” -ya müraciət etmək ittihamı ilə Gürcüstan miqyasında 25 nəfəri həbs ediblər. Bu ittihamla cəzaçəkmə müəssisələrində daha dörd nəfər  barəsində ittiham irəli sürüləcək.