Məhkəmə Beka Qriqoriadisi xırda xuliqanlıqda təqsirli bilib və 800 lari məbləğində cərimə tətbiq edib
Məhkəmə Lazare Qriqoriadisin atası Beka Qriqoriadisi inzibati qanun pozuntusunda, xırda xuliqanlıqda təqsirli bilib və 800 lari məbləğində cərimə tətbiq edib.
Polisi təhqir etmə faktına gəlincə, hakim bu ittihamla əlaqədar işi bağlayıb və bunun sübuta yetirilmədiyini açıqlayıb.
Beka Qriqoriadisin vəkili maraqlarını müdafiə etdiyi şəxsin “Facebook Live”a görə xırda xuliqanlıqda təqsirli bilinməsini və ifadə azadlığına qarşı çıxarılan qərarı narahatedici adlandırır.
Beka Qriqoriadisin özü isə “Facebook Live”dakı senzurasız sözlərinin polisə deyil, trollara aid olduğunu bildirib.
Onun açıqlamasına görə əvvəlcə 2000 lari, bu gün isə 800 lari məbləğində olan cərimə qanunsuzdur və “hakimlərin özləri üçün əlverişli olan qərarı verdiklərinə” işarə edir.
Beka Qriqoriadisin dediyi kimi, ona qarşı çıxarılan cərimə qərarları məsələnin oğlu Lazare Qriqoriadisin üzərinə qoyulacağına (atılacağına) və istədikləri kimi cəzalandıracaqlarına dair düşünməyə vadar edir.