Məhkəmə 7 Noyabr məsələsi üzrə Zurab Adeişvili və Davit Kezeraşvili barəsində çıxarılmış həbs cəzasını qüvvədə saxlayıb
Tbilisi Şəhər Məhkəməsi 7 Noyabr məsələsi üzrə Zurab Adeişvili və Davit Kezeraşvili barəsində seçilmiş həbs qətimkan tədbirini qüvvədə saxlayıb.
Prosesdə müdafiə tərəfi qətimkan tədbirinin ləğv edilməsini, prokurorluq isə həbs qətimkan tədbirinin qüvvədə saxlanılmasını tələb edirdi.
Zurab Adeişvili və Davit Kezeraşvili barəsində həbs qətimkan hökmü qiyabi şəkildə çıxarılıb. Məsələnin müzakirəsi martın 22-dək təxirə salınıb.
Xatırladaq ki, 7 Noyabr aksiyasının dağıdılması, “Teleimedi”yə basqın və Mtatsminda parkının müsadirəsi məsələsində Mixeil Saakaşvili, Davit Kezeraşvili, Zurab Adeişvili, Qiqi Uqulava və Vano Merabişvili barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb.