Məhkəmə 5 iyul işi üzrə təqsirləndirilən daha yeddi nəfəri zoraklıq maddəsi ilə təqsirli bildi
Tbilisi Şəhər Məhkəməsi 5 iyul işi üzrə təqsirləndirilən daha yeddi nəfəri zoraklıq maddəsi ilə təqsirli bildi.
Üç nəfər jurnalistlərə zoraklıqda ittiham olunur, geridə qalanlar isə, 5 iyulda həndəvər ərazidə olan vətəndaşlardan birinə zoraklıqda.
Məhkəmə hər bir müttəhimi 225-ci maddə – zorakılığın təşkili ilə yenidən təsnif etdi və onu 126-cı – zorakılıq maddəsi ilə təqsirli bildi.
Daha dəqiq olaraq, hakim Valerian Buqianiaşvilinin dediyinə görə, İrakli Siqnadze, Bakar Maisuradze, Nikoloz Dadvani, Muxran Dadvani, Tornike Qabeliani, Davit Koçiaşvili bir il müddətinə azadlıqdan məhrum edildi, Vano Burduliyə isə, bir il altı ay müddətinə azadlıqdan məhrum edildi.