Məhəmməd Cavad Zərif - Tbilisidəki görüşlər zamanı Qara Dənizlə İran Körfəzini birləşdirən tranzit dəhlizindən danışdıq
Tbilisidə keçirilən görüşlər zamanı Qara Dənizlə və İran Körfəzini birləşdirən tranzit dəhlizindən danışdıq, – bu barədə İran İslam Respublikasının Xarici İşlər naziri, Məhəmməd Cavad Zərif Gürcüstan hakimiyyət namayəndələri ilə görüşdən sonra “tvitter” sosial şəbəkəsində yazdı.
“Tbilisidə prezident Salome Zurabişvili və baş nazir Giorgi Qaxariya ilə görüşdüm. Karantində olan Xarici İşlər naziri David Zalkaliani ilə telefon söhbətim oldu. Çoxillik ikitərfli əlaqələrin genişləndirilməsi və bölgə əməkdaşlığı barəsində çox yaxşı disskusiyalarımız var idi, xüsusilə də Qara Dənizlə və İran Körfəzini birləşdirən tranzit dəhlizi barəsində”, – İran İslam Respublikasının Xarici İşlər naziri yazır.