Məhdud imkanlı statusuna malik şəxslərin sosial paketi indeksləşdirmə qaydası ilə hesablanacaq
Məhdud imkanlı statusuna malik şəxslərin sosial paketi indeksləşdirmə qaydası ilə hesablanacaq

 

Məhdud imkanlı statusuna malik şəxslərin sosial paketi indeksləşdirmə qaydası ilə hesablanacaq. Müvafiq dəyişikliklər hökumət tərəfindən hazırlanmış “Sosial yardım haqqında” qanuna daxil edilib. Dəyişikliklər əsasında 2021-ci ildən pensiyonerlərə şamil edilən sosial paketin indeksləşdirilməsinin eyni prinsipi tətbiq ediləcək.

Hökumətdən verilən məlumatda, qanun layihəsi qəbul olunacağı təqdirdə, məhdud imkanlı statusuna malik şəxslərin və məhdud imkanlı statusuna malik uşaqların sosial vəziyyətinin yaxşılaşacağı, çünki onlar üçün nəzərdə tutulan sosial paketin miqdarının hər il artırılmasına zəmanət veriləcəyi deyilir. Belə ki, mürəkkəb məhdud imkanlı statusuna malik şəxslər və uşaqlar üçün sosial paket 65 lari, digər kateqoriyadan olan məhdud imkanlı statusuna malik şəxslər üçün sosial paketin miqdarı isə 35 lari artırılacaq.

Hökumət tərəfindən verilən məlumatda sosial paketin həcminin artırılmasının, sosial paketin həcmi 100 laridən 419 lari arasında dəyişən təxminən 132 000 nəfərə təsir edəcəyi deyilir.

“Praktikada iqtisadi artımın və inflyasiyanın faktiki göstəriciləri nəzərə alınmaqla, 2023-cü ildə mürəkkəb məhdud imkanlı statusuna malik şəxslər və uşaqlar üçün sosial paket 65 lari, digər kateqoriyadan olan məhdud imkanlı statusuna malik şəxslər üçün sosial paketin miqdarı isə 35 lari artırılacaq, lakin iqtisadi artım və inflyasiya göstəriciləri aşağı olarsa, mürəkkəb məhdud imkanlı statusuna malik şəxslər və fiziki baxımdan məhdud uşaqlar üçün zəmanətli sosial paketin məbləğinin artırılması ən azı 25 lari, digər məhdud imkanlı statusuna malik şəxslər üçün isə – 20 lari olacaq”- deyə açıqlama zərfində deyilir.