Məhbusların qaçması ilə bağlı, cinayəti ört-basdır etməkdə şübhəli bilinən daha bir şəxs saxlanılıb
Hüquq-mühafizə orqanları məhbusların qaçması faktı üzrə daha bir şəxsi həbs edib. Bu barədə Gürcüstanın birinci kanalına Ədliyyə Nazirliyindən məlumat verilib.
Qurumdan bildirilib ki, istintaq orqanı saxlanılan şəxsi cinayəti ört-basdır etməkdə ittiham edir.
Bundan başqa, onların verdiyi məlumata görə, həbs olunan şəxsin məhkumların törətdikləri ağır cinayət barədə məlumatı olsa da hüquq-mühafizə orqanlarına məlumat verməyib.
Agentlikdə qeyd olunduğuna əsasən, həbs edilən şəxsə qarşı 376-cı maddə ilə istintaq aparılır ki, bu da ağır cinayətin hazırlandığını və ya törədildiyini həqiqətən bilən şəxsin cinayət barədə xəbər verməməsini nəzərdə tutur.
Sözügedən maddə cəza tədbiri kimi iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Noyabrın 1-də “Aversi” klinikası ərazidən üç məhbus qaçıb. Məhkumların qaçması ilə əlaqədar olaraq, müşayiət qrupunun rəhbəri noyabrın 2-də həbs edilib və noyabrın 3-də rəsmi ittiham irəli sürülüb.
Bu gün, noyabrın 4-də məhbusların qaçması faktı üzrə həbs edilən müşayiət qrupunun rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib.
Müəllif -
Mehemmed Bayramaliyev