Gürcüstan prezidenti ilk parlament çıxışında Əfv Komissiyası və hakimlərin müddətsiz seçilməsi məsələləri ilə bağlı danışdı.
Salome Zurabişvili qeyd etdi ki, məhbusları əfv edən komisiya, məhkəmə sistemi və onunla bağlı bütün çağırışlar və həmçinin Milli Təhlükəsizlik Şurasının yaradılması bugün ictimaiyyəti maraqlandıran mövzulardır.
Onun dediyinə görə, sabiq prezidentin fəaliyyət dövründəki əfv praktikası prezidentin səlahiyyətlərini aşan amnistiaya bənzəyirdi.
Onun dediyinə görə, əfv komisiyası Ədliyyə Nazirliyinin tabeliyinə keçəcək və ona əlavə inzibati orqanlar qoşulacaqlar.
Əfvlə bağlı son qərar isə, prezidentin preroqativi olaraq qalır.