Tbilisi Şəhər Məhkəməsində Hərbi Polis İdarəsinin keçmiş rəhbəri Meqis Kardavanın mühakiməsi davam edir.
Megis Kardavanın vəkili Malxaz Velicanaşvilinin sözlərinə görə, o, həbsxanada məhbuslara işgəncə verməkdə ittiham olunub. Bugünkü proses bu epizodla bağlıdır. Söhbət Eldar Kobalia, Merab Kolbaia və Koba Matkavaya verilən işgəncələrdən gedir.
Məhkəmə iclasında təqsirləndirilən şəxs də iştirak edir.
Meqis Kardava sentyabrın 17-də Ukraynadan Gürcüstana ekstradisiya edilib. O, beş cinayət işi üzrə təqsirli bilinib və altı iş üzrə mühakimə olunur.
Meqis Kardavaya qarşı bir neçə işdə, o cümlədən Navtluği xüsusi əməliyyat, “həbsxana iğtişaşları”, Serqo Tetradze üzrə ittiham hökmləri çıxarılıb.