Megi Bakradzenin ölüm faktı ilə bağlı yanlış məlumat yaymaq ittihamı ilə prokurorluq klinikanın iki həkimi və bir tibb bacısına qarşı cinayət işi qaldırıb
Tibb bacısı Megi Bakradzenin ölüm faktı ilə bağlı yanlış məlumat yaymaq ittihamı ilə prokurorluq “Axaltsixenin İmedi Klinikasının” iki həkimi və bir tibb bacısına qarşı cinayət işi qaldırıb.
Bu haqda prokurorluq tərəfindən yayılan bəyanatda deyilir.
Prokurorluğun bəyanatına görə, həkim V.İ. vaksinasiya edilən pasientə ilkin yardım gərəkdiyi zaman iş yerində deyildi və istintaqa yanlış məlumat verərək, bildirdi ki, güya pasientə gərəkən tibbi yardım göstərildi, halbuki pasient üçün heç bir gərəkli medikament istifadə edilməyib.
Prokurorluğun məlumatına görə, ittiham edilən tibb işçiləri ittihamları qəbul edirlər.
Məsələ ilə bağlı istintaq davam edir.