Medyanın məlumatına görə, Mayk Pompeo oktyabrın 23-də, Vaşinqtonda Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirləri ilə görüşəcək
Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Mayk Pompeo oktyabrın 23-də Vaşinqtonda Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirləri ilə görüşəcək.
Bu haqda məlumatı “Politiko” yayır.
Yayılan məlumata görə, cümə günü sabah Mayk Pompeo öncə Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla, sonra isə, Ermənistanın Xarici İşlər Naziri Zohrab Mnatsakanyayn ilə görüşəcək.
Qeyd olunan görüşlərin baş tutub-tutmayacağı haqqında hələlik dəqiq rəsmi məlumat yoxdur.
Görüşün əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi və münaqişə zonasında aparılan hərbi əməliyyatlar olacaq.