Medyanın məlumatına görə, "KazTransQaz-Tbilisi" 40 milyon ABŞ dollara satıldı
Qazax medyasının məlumatına görə, “KazTransQaz-Tbilisi” 40 milyon ABŞ dollarına satıldı.
Şirkətin satış qiyməti indiyə qədər açıqlanmırdı.
abctv.kz yazır ki, gürcü şirkətinin satılması ilə, Qazax tərəfi zərər gördü, çünki bir zamanlar “KazTransQaz-Tbilisiyə” 160 milyon dollar xərcləmişdi.
Tbilisinin qaz-təminatı şirkətinin yeni sahibi of-şorda qeydiyyatdan keçən Waltbay LTD şirkəti oldu, hansı ki, gürcü investisiya qrupu CBS-yə aiddir.
Satışa paralel olaraq, Haaqa məhkəməsində, Gürcüstan iqtidarı və “KazTransQaz” arasındaki arbitraj davası razılaşma ilə başa çatdı.