Medyanın məlumatına görə, Co Bayden iyun ayında Şərqi Avropaya səfər edəcək
Co Bayden iyun ayında Şərqi Avropaya səfər edəcək.
Bu haqda məlumatı Slovak nəşriyyatı “Pravda” yayır.
Nəşriyyatın jurnalistlərinə anonim bir mənbə deyib ki, ABŞ prezidenti Avropaya NATO sammitində iştirak etmək üçün gedəcək.
Ehtimala görə, Bayden ilk növbədə Londona gedib, kraliçə Elizaveta ilə audiensiya keçirəcək.
Jurnalistlərin məlumatına görə, Bayden Bratislavaya və hansısa Balkan dövlətinə də gedəcək.
Anonim mənbə xəbər verir ki, Baydenin səfəri haqqında qərar Ukrayna və Rusiya sərhədində hadisələrin necə inkişaf edəcəyindən asılıdır.
Ehtimala görə, Bayden beynəlxalq konfrans „GLOBSEC“-də iştirak edə bilər, harda mərkəzi və şəqri Avropa liderləri ilə görüşəcək.