Medyanın məlumatına görə, İsveçdə xüsusi əməliyyat zamanı həbs olunanlar arasında gürcülər də var
İsveç polisi xüsusi əməliyyat nəticəsində, aralarında gürcülər də olan, 53 nəfəri həbs etdi.
Bu barədə məlumatı İsveç polisi yayır.
Lynx adlı xüsusi əməliyyat yanvar ayında başladı və üç həftə davam etdi.
Hüquqmühafizəçilərin məlumatına görə, həbs edilənlərin yoxlanışı zamanı böyük miqdarda odlu silah, partlayıcı maddələr, narkotik maddələr və oğurluq əşyalar aşkarlanıb.
Həbs edilənlərin yaşı 18-dən 40-a qədərdir və onların əksəriyyəti Balkan Respublikalarından, Ruminiyadan və Gürcüstandandır.
Polisin məlumatına görə, kriminallar Upsala şəhəri və Stokholm arasında dolanırdılar.
Onlar tərəfindən törədilən cinayətlər: adam öldürmək, dolandırıcılıq, narkotik maddələrin satılması və zorla pul almaqdır.