Medyanın məlumatına görə, "İslam Jihadı" adlı qruplaşma İsraili təhdid edir
“İslam Jihadı” adlı qruplaşma İsraili mübarizənin davam etməsi və “Fələstinin azad” edilməsi ilə hədələyir.
Radikal islamist qruplaşmasının lideri Xader Habib bəyan etdi ki, İsrailinbaş naziri “ağır bədəl ödəyəcək”.
“Biz mübarizəmizi davam etdirəcəyik və İsrail və onun ağılsız baş naziri ağır bədəl ödəyəcəklər” – deyib Xader Habib.
Onun bəyanatını “Royter” agentliyi yayır.
Noyabrın 12-də, gecə saatlarında, İsaril Ğazza sektoruna hücum etdi.
Hədəf “İslam Jihadının” başçısı Baha Abu-Al-Ata idi, hansı ki, hücum zamanı qətlə yetirildi.
“İslam Jihadının” liderinin öldürülməsindən sonra, Ğəzza Sektorundan İsrailə doğru raketlər buraxıldı.
Atılan raketlərin əksəriyyətini İsrailin Hava Müdafiyə sistemi neytrallaşdırdı.