Medyanın məlumatına görə, İran şirkəti Gürcüstan-Ermənistan sərhədində körpü tikəcək
Medyanın məlumatına görə, İranın Ariana Tunnel Dam Company inşaat şirkəti, Gürcüstan-Ermənistan sərhədində körpü tikəcək.
İranın ingilis dilli agentliyi Financial Tribune-un yaydığı məlumata görə, müvafiq müqaviləErmənistanın Baqraten şəhərində yanvarın 15-də qoyuldu.
Sənədin imza mərasimində Ermənistanın Nəqliyyat, Komunikasiya və Məlumat naziri Vahan Martirosyan və İranın Ermənistandaki səfiri Kazem Sacad iştirak edirdilər.
Yeni körpü Gürcüstanda yerləşən Sadaxlo və Ermənistanda Baqrataşen keçid məntəqələrini birləşdirəcək.
Körpünün tikilməsi ilə bağlı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Ermənistan prezidenti Serj Sarkisyan da razılaşdılar.
İnşaat üçün 10,3 milyon avro ayrılıb, ancaq İran şirkəti Ariana Tunnel Dam Co. inşaatın 7,4 milyon avroluq işinin icrasını öz üzərinə götürdü.
Layihənin həyata keçirilməsi 2018-ci ilin yanvar ayında başlayır və 19 aya başa çatmalıdır.