Medyanın məlumatına görə, İran aviaqəzanın istintaqına ABŞ nümayəndələrini də qoşub
Medyanın məlumatına görə, İran aviaqəzanın istintaqına ABŞ nümayəndələrini də qoşub

İran Ukrayna təyyarəsinin aviaqəzanın istintaqına ABŞ nümayəndələrini də qoşub.

Xarici medyanın məlumatına görə, “Beynəlxalq Ukrayna aviaxəttlərinin” təyyarəsinin raketlə düşürülmüş ola biləcəyi ehtimalının mövcud olduğuna görə, Tehran qəzanın istintaqını genişləndirdi və onda ABŞ nümayəndələri və “Boinq” konserninin nümayəndələri iştirak edəcəklər.

ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizlik Şurasının üzvləri, mövcud olan istintaq qrupu ilə bərabər faciənin səbəblərini dəqiqləşdirməyə çaləşacaqlar.

Bununla yanaşı, İran XİN-i bəyan edir ki, istintaqa həlak ölan vətəndaşların ölkələri də qoşula biləcəklər.

Ukrayna prezidenti Vladimer Zelenski bildirdi ki, istindaqda 45 Ukraynalı mütəxəssis iştirak edir.

Təyyarənin bortunda 176 nəfər var idi: 82 iranlı, 63 Kanadalı, 11 Ukraynalı və Əfqanistan, Böyük Britaniya və İsveç vətəndaşları.